Nazir müavini təltif olundu

img

20-09-2019 [13:23]


Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov 60 illik yubileyi münasibətilə Rusiya Xarici İşlər Nazirliyinin "Beynəlxalq əməkdaşlığa töhfəyə görə” nişanına layiq görülüb. 

Azərbaycan XİN-in Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mükafatı təqdim etmək məqsədi ilə Xarici İşlər Nazirliyinə gəlib və Rusiya xarici işlər naziri Sergey Lavrovun məktubunu oxuyub. 

Diplomat Xələf Xələfovun çoxşaxəli Azərbaycan-Rusiya əməkdaşlığının möhkəmləndirilməsinə önəmli töhfə verdiyini qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR