Bakıda evlərdən oğurluq edən şəxslər tutuldu

img

20-09-2019 [13:00]


Bakıda evdən 6 000 manatlıq pul və qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də rayon ərazisindəki evlərin birindən 6 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini E.Qəhrəmanov və Balakən rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - C.Xəlilov və N.Musayev saxlanılıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR