Kürdəmirdə şok olay: çaqqal iki qadına hücum edərək yaraladı

img

20-09-2019 [12:56]


Kürdəmir rayonunda iki qonşu qadın çaqqal hücumuna məruz qalıb.

Hadisə Yenikənd kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1960-cı il təvəllüdlü Sucayət Kərim qızı Osmanova həyətyanı sahəsində işləyərkən qəfildən ona çaqqal hücum edərək xəsarət yetirib. Bu zaman qonşusunun köməyinə gələn 1961-ci il təvəllüdlü Minirə Sırac qızı Abdullayeva da vəhşi heyvanın hücumuna məruz qalaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, bu, son bir həftə ərzində rayon ərazisində qeydə alınan üçüncü hadisədir. Bundan üç gün əvvəl Mürtülü kənd sakini Ədibə Əlövsət qızı Qədirova həyətində çaqqal hücumu nəticəsində əl barmağı amputasiya olunub/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR