Masallıda qoyun oğurlayan kişi və qadın saxlanılıb

img

20-09-2019 [11:55]


Masallıda qoyun oğurlayan kişi və qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Mia.az-a verilən məlumata görə, Masallının Kürdəbaz kənd sakini Əkrəm Səmədov həyətindəki tövlədən 1500 manat dəyərində 6 baş qoyunun oğurlanması ilə bağlı polisə müraciət edib. 

Masallı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluq faktını Cəlilabad rayonunun Xəlilabad kənd sakini, əvvəllər məhkum olunmuş Mətləb Məstiyevin Masallının Çaxırlı kənd sakini Firuzə Abdullayeva ilə birlikdə törətdiyi məlum olub. 

Bundan başqa, aparılan araşdırmalarla həmin şəxslərin sentyabrın 1-də Masallının Alışanlı kəndindəki Xudakərim Əliyevə məxsus həyətdəki tövlədən də 1500 manat dəyərində 6 baş qoyun oğurladıqları müəyyən edilib. 

Saxlanılan M.Məstiyev törətdikləri əməli etiraf edib və oğurladıqları qoyunları Cəlilabad bazarında satdığını bildirib. 

Hər iki faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR