General rəis müavinləri təyin etdi - SİYAHI

20-09-2019 [11:16]
Bakının bir sıra şöbə və bölmələrinin rəis müavinləri vəzifələrinə təyinatlar olub.

 Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi, polis general-mayoru Mirqafar Seyidovun əmri ilə polis baş leytenantı Nicat Məmmədov Xəzər Rayon Polis İdarəsinin (RPİ) 1-ci Polis Şöbəsinin, polis polkovnik-leytenantı Əli Həsənov Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin, polis mayoru Şahbaz Səfərov Suraxanı RPİ-nin 30-cü Polis Şöbəsinin, polis kapitanı Eyvaz Mürvələdov Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin, polis mayoru Xəyal Kazımov Səbail RPİ-nin 39-cu Polis Bölməsinin rəis müavinləri vəzifələrinə təyin ediliblər.

BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumatı "Report"a təsdiqləyib.


SON XƏBƏRLƏR