Hacı Əliyev yapona uduzdu, Hacımurad Hacıyev isə 3 qat çempionu uddu

20-09-2019 [11:07]
Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Hacımurad Hacıyev 1/16 final görüşünə çıxıb.

Məlumata görə, 74 kq çəki dərəcəsində yer alan Hacıyevin rəqibi türkiyəli 3 qat Avropa çempionu, dünya və olimpiya mükafatçısı Söner Demirtaş olub.

Görüş azərbaycanlı pəhləvanın qələbəsi ilə yekunlaşıb - 5:2.

Hacıyevin 1/8 finaldakı rəqibi ikiqat Asiya çempionu və Asiya Oyunlarının qalibi, dünya mükafatçısı, özbəkistanlı Bekzod Abdurahmonov olacaq.

***

Bu gün Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Hacı Əliyev növbəti təsəlliverici görüşünə çıxıb. 

Məlumata görə, 65 kq çəki dərəcəsində yer alan Əliyevin rəqibi yaponiyalı dünya çempionu Takuto Otoquro olub. İlk yarıda Otoquro 4:2 hesabı ilə önə çıxıb. 

Fasilədən sonra azərbaycanlı 3 qat dünya və 3 qat Avropa çempionu fərqi aradan qaldıra bilməyib. O, 9:11 hesabı ilə uduzaraq, lisenziya və medalsız qalıb/Report.


SON XƏBƏRLƏR