20-09-2019 [00:06]
Qoç - günün ilk yarısında situasiya sizə yaxşı şanslar və irəliləyiş imkanları yaradır. Yeni, faydalı əlaqələr yaratmağa çalışın. Biliklərinizi, informasiyalarınızı artırın. Mədəniyyətsiz, kobud, bisavad insanlardan mümkün qədər uzaq durun.
Günün ikinci yarısında hadisələrə təsir imkanlarına malik insanlarla ünsiyyətdə aktiv olun. Romantik hisslərin izharı üçün yaxşı gündür. Təmasları möhkəmləndirin. Mövqelərinizi daha səbatlı edin.
Qətiyyət uğurun rəhnidir.
Buğa - məhsuldar, effektiv gündür. Peşəkar fəaliyyətinizdə kommunikativ məqamlar çoxdursa, onlara diqqət yetirin. Yaxın ətrafınızdakı insanlarla ünsiyyət fayda verməklə yanaşı, əhvalınızı yaxşılaşdıra bilər.
Günün ikinci yarısında hobbiniz gəlir gətirəcək. Lakin işinizə, xidmətlərinizə görə tələb etdiyiniz məbləği anormal dərəcədə artırmayın. Əks təqdirdə rəqiblər sizi üstələyəcəklər.
Ehtiyatlı olun.
Əkizlər - sadə məsələləri süni şəkildə mürəkkəbləşdirməyin. Mühüm işlərin hamısını eyni vaxtda həll etmək mümkün deyil. Səbrli, təmkinli olun. Cari problemlərin həlli ilə məşğul olun.
Günün ikinci yarısında diqqət mərkəzində olacaqsınız. Fürsəti əldən verməyin. Şanslarınızı dəyərləndirin.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Xərçəng - pis zaman deyil. Günün ilk yarısında işlər pis olmayacaq. Önəmli məsələnin həllinə başlayın və onu vaxtında tamamlayın. Pullarınızı məntiqlə xərcləyin. Çoxdan başladığınız, amma yarımçıq qalmış layihəni başa vurmağa çalışın.
İşdə aktiv olun, işgüzar insan olun.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla təmaslarda aktiv olun. Axşam saatları romantik hisslər vəd edir. Sevdiyiniz insanla incə davranın. Könül qırmayın.
Axşam saatlarını açıq havada keçirin.
Şir - günün ilk yarısında rutin işləri görərkən bir qədər kreativ davranın. Yaşam və ya fəaliyyət arealında dəyişikliklər etmək olar. Quru rəsmiyyətçilik uğur vəd etmir. Bir qədər asudə dolanmaq, sərbəst olmaq mümkündür.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların davranışlarındakı fərqləri sezin. Yeniliklər müşahidələrinizdən asılıdır. Bədbinliyə qapılmayın. Yaxın tanışlarınız arasında xəbər və ya məlumatı ilə əhvalınızı yaxşılaşdıra biləcək insan var.
Axşam saatlarında normal istirahət edin.
Qız - hisslərə qapılmayın, emosional olmayın. Praqmat davranın, ikinci dərəcəli saydığınız məsələləri qulaqardına vurmayın. Hər deyilənə inanmayın. Durumla bağlı təfsilatlı məlumatlar əldə etməmiş qərar verməyin.
Günün ikinci yarısında başqalarının işlərini görərək öz maraqlarınızı unutmayın. Axşam saatlarına yaxın əhvalınızda dəyişikliklər ola bilər.
Diqqətli davranın, sayıq olun.
Tərəzi - sofitlər qarşısında duraraq parlamağa çalışmayın. Təsir imkanlarınızı genişləndirmək üçün əla gündür. Tərəfdaş, şərik və dostların sayını artıra bilərsiniz.
Günün ikinci yarısında bilik və bacarıqlarınızı daha əminliklə nümayiş etdirə bilərsiniz. Dəvət aldığınız məkanlara yollanın. Etimad göstərdiyiniz insanla probleminizi müzakirə edə bilərsiniz.
Axşam saatlarını sevdiyiniz insana həsr edin.
Əqrəb - qarışıq, laübəli, çox çətin gündür. Çalışdığınız kollektivdə əks cins mənsubu ilə münasibətləriniz gəriləcək. Ehtiyatlı olun, rəqiblər fəallaşıblar. Sərvaxt davranın, ətrafınızda baş verən hadisələri diqqətlə izləyin.
Günün ikinci yarısında sizdən sui-istifadə etməyə can atanlar olacaq. Yaxşı bələd olmadığınız insana etibar etməyin. Yeni tanışlarla ünsiyyətdə sayıq olun.
Niyyət və istəklərinizi dəqiqləşdirin. Yaxın gələcəklə bağlı planlarınızı müəyyənləşdirin. Gərəksiz hisslər və mənasız əlaqələrdən qurtulun. Əlaqələr sizi qayğılandırmamalıdır.
Oxatan - qayda və qanunları pozmayın. Azadlıq hissi ifrata vararaq xaos istəyinə çevrilməməlidir. Bəzi stereotiplərdən qurtulmaqla daha sürətlə irəliləyə bilərsiniz. Ətrafınızdakı durumu obyektiv dəyərləndirin.
Günün ikinci yarısında dəyər verdiyiniz insanların istəklərini nəzərə alın. Ünsiyyətinizin daha maraqlı, informativ alınmasına can atın.
Axşam saatlarında normal istirahət edin.
Oğlaq - sizin üçün yeni sahədə nabələd insan kimi davranmayın. Peşəkar fəaliyyət müstəvisində bilik və bacarıqlarınızı artırmağa çalışın. Əmək prosesini intensivləşdirmək üçün ideyalara ehtiyac var. Məhsuldarlığı artırın.
Günün ikinci yarısında səhhətinizin qayğısına qalın. Yaxınlarınızdan birinin yardıma, köməyə ehtiyacı var. Qayğıkeş olsanız, münasibətlər inkişaf edəcək. İdmanla məşğul olmaq üçün pis zaman deyil.
Axşam saatlarında maraqlandığınız işlə məşğul ola bilərsiniz.
Dolça - sərbəstlik və müstəqillik arayın. Avantürizm ruhu sizi mənasız risklərə sövq etməməlidir. Vaxtında dayanmağı, qəbul edilmiş oyun qaydalarını pozmamağa çalışın. Biznes tərəfdaşlığını uğurla inkişaf etdirmək olar. Şəriklər və həmkarlarla münasibətlərdə sayıq davranın.
Günün ikinci yarısında maraqlandığınız insanla əlaqələri aktivləşdirin. Axşam saatlarında alış-verişə yollanmaq olar. Planlaşdırılmamış xərclər maddi durumunuzu ağırlaşdırmamalıdır.
Məntiqi unutmayın.
Balıqlar - günün ilk yarısından etibarən şübhələrə qapılmayın. Qeyri-müəyyənliklər sizi narahat etməsin. Qarşınıza qoyduğunuz məqsədə doğru inamla irəliləyin. Dəyər verdiyiniz insanlarla münasibətlərdə sirlərin və mübhəmlərin sayını artırmayın.
Günün ikinci yarısında rutin işlər, triviallıq sizi usandıra bilər. Münasibətlərə dəyər verin. Yaxın ətrafınızdakı insanlarla təmaslarda diqqətli olun. Qarşı tərəfin mövqelərini mütləq şəkildə nəzərə alın.
Soyuqqanlı olun, amma laqeyd insan təsiri bağışlamayın.
Milli.Az
ONLARIN TƏHSİL HAQLAIRNI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı