"Azərbaycanlıların Türkiyədən kütləvi deportasiyasından söz belə gedə bilməz" - Səfir

19-09-2019 [22:20]
Türkiyədən azərbaycanlıların deportasiya edilməsi haqda xəbərlər gerçəkləri əks etdirmir. 

Bu barədə Mia.az-a Türkiyənin Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Məlumatda səfir Erkan Özoral bildirib ki, bəzi xəbər saytlarında Türkiyədən azərbaycanlıların deportasiya edilməsi ilə bağlı xəbəri alan kimi Türkiyə rəsmi məqamları ilə əlaqə saxlayaraq, məsələ ilə bağlı məlumat alınıb: "Bu məlumatlar həqiqəti əks etdirmir. Ankarada rəsmi məqamlardan bizə verilən açıqlamada bu gün Türkiyədən Naxçıvana sadəcə bir Azərbaycan vətəndaşının deportasiya edildiyi bildirilib".

O əlavə edib ki, azərbaycanlıların Türkiyədən kütləvi şəkilə deportasiya edilməsi barədə söz belə gedə bilməz: "Əksinə, Türkiyədəki azərbaycanlıların problemlərinin həll edilməsi iki gün əvvəl vitse-prezident Fuat Oktayın Bakıya səfəri zamanı əsas aktual məsələlərdən biri olub. Biz bu məsələdə Azərbaycanın aidiyyatı qurumları ilə davamlı olaraq əlaqə saxlayırıq, bu problemlərin həlli üçün də əlimizdən gələn bütün işləri edirik və yaxın zamanda bu problemlər öz həllini tapacaq".


SON XƏBƏRLƏR