"Məni rektor çıxarmayıb, özüm getmişəm" - BDU rektorunun sabiq müşaviri

img

19-09-2019 [17:59]


"Məni rektor işdən çıxarmayıb, öz xahişimlə vəzifəmdən ayrılmışam".

Bu sözləri Mia.az-a bu gün işdən çıxarılma xəbəri yayılan Bakı Dövlət Universitetinin (BDU) rektorunun keçmiş müşaviri Məzahir Sultanov deyib.

O bildirib ki, saytlarda gedən xəbərlərdə yanlışlıq var: "Hər sayt bu xəbəri bir cür təqdim edib. Biri yazıb Məzahir Sultanov işdən çıxarılıb, digəri yazıb "Rektor müşaviri "vurdu"" və s. 

Axı fakt belə deyil. Mən 21 il BDU-da ləyaqətlə işləmişəm. Hamı məni yaxşı tanıyır".

Sabiq müşavir deyib ki, o, öz ərizəsi ilə vəzifəsindən ayrılıb: "Özü də indi deyil, sentyabrın 2-də ərizəmi yazmışam. İstəsəniz, ərizənin surətini də sizə təqdim edə bilərəm. Bilirsiniz ki, mən,  köhnə komanda ilə işləmişəm, o üzdən bu vəzifədə qalmağımı müansib bilmədim".

Xatırladaq ki, Məzahir Sultanovdan boşalan posta rektor Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin Suraxanı rayonundakı 11 saylı idarəsinin rəisi vəzifəsində çalışan Mirzə Mirzəyevi təyin edib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR