Ramil Usubovdan yeni təyinat: İldırım Vəliyevi məsləhətçi vəzifəsinə götürdü

img

19-09-2019 [14:49]


Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasında yeni dəyişiklik olub.

Mia.az xəbər verir ki, İldırım Vəliyev Təhlükəsizlik şurasında baş məsləhətçi vəzifəsinə təyin edilib.

Xatırladaq ki, İ.Vəliyev bu təyinatadək Baş Prokurorluğun Fövqəladə Hallar nazirliyi, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsində rəis müavini vəzifəsini tutub.

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin bir neçə ay əvvəl imzaladığı sərəncamla general-polkovnik Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik şurasının katibi təyin edilib.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR