Federasiyadan Hacı Əliyevin qalmaqalı ilə bağlı açıqlama: "Etiraz olacaq"

img

19-09-2019 [11:24]


Xəbər verdiyimiz kimi, Nur-Sultanda keçirilən dünya çempionatında Azərbaycan yığmasının güləşçisi Hacı Əliyev rəqibi rusiyalı Hacımurad Rəşidovdan xal fərqi ilə irəlidə olduğu halda rəqibin etirazı ilə onun aktivindəki son iki xal hakim tərəfindən silinib. 

Bu qərar isə güləşçimiz tərəfindən etirazla qarşılanıb. O, hakimin verdiyi qərarı haqsız hesab edib və gərginlik yaşanıb.

Məsələ ilə bağlı Azərbaycan Güləş Federasiyası ilə əlqaə saxladıq. "Yeni Sabah”a danışan qurumun mətbuat katibi Sərxan Musalı bununla bağlı aidiyyatı qurumlara müraciət olunacağını bildirib:

"Hadisə yeni olub deyə, hələ ki bir cavab verə bilməyəcəyəm. Ancaq sözsüz ki, ən yüksək səviyyədə bu haqsızlığa etirazımızı bildirəcəyik. Düzdür, istənilən halda görüşün nəticəsi ləğv edilməyəcək. Ancaq ən azı hakimlər cəzalandırıla bilər. Hələ ki yalnız bunu deyə bilərəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR