Yol polisini söyən sürücü tutuldu: "Bütün polis əməkdaşlarından üzr istəyirəm” - FOTOLAR

img

18-09-2019 [18:34]


Yol polisini təhqir edən sürücü Fəxrəddin Nəsirov bütün polislərdən üzr istəyib.

Mia.az xəbər verir ki, o, hadisəni belə nəql edib:

"Sənədimi polis əməkdaşına təqdim edəndən sonra məndən taksi faəliyyəti ilə məşğul olmaq üçün lisenziyamın olub-olmadığımı soruşdu. Mən də ona "yox” cavabı verdim. Polis əməkdaşı da mənə protokol yazdı. Mən şəkər xəstəsiyəm və polisin bu hərəkətinə əsəbləşib, onu təhqir etdim. Həmin polis əməkdaşını tapıb üzr istəyəcəm. Bütün polis əməkdaşlarından üzr istəyirəm”.

Xatırladaq ki, üzrxahlığına baxmayaraq, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ona 15 sutka həbs cəzası verilib.

***

Bakıda yol polisini təhqir edən sürücünün həbs olunduğu barədə məlumat yayılıb.

Sosial şəbəkələrdə sürücünün dəmir barmaqlıqlar arasında fotosu da tirajlanıb.

Lakin sürücünün hansı polis idarəsi, yaxud bölməsində saxlanıldığı bəlli deyil.

Xatırladaq ki, dünən bir sıra saytlarda və sosial şəbəkədə taksi sürücüsünün yol polisi ilə mübahisəsi haqda video yayılıb. Videoda etik olmayan ifadələr yer aldığından vermirik. Lakin həmin görüntülərdə sürücü yol polisini təhqir edir, onu küçə söyüşləri ilə söyür...

Mia.az bildirir ki, yayılan videoya reaksiya verən Bakı Şəhər Baş Polis İdarəsi faktın araşdırıldığını bəyan etmişdi. İndisə aydın olur ki, sürücü saxlanılıb...

Mia.az Yenisabah.az-a istinadla həmin sürücünün saxzlanılmasını təsdiq edən fotoları təqdim edir:




Digər xəbərlər
SON XƏBƏRLƏR