"Acından ölən" sabiq aparat rəhbərinə 500 manatlıq iş təklifi

img

18-09-2019 [11:39]


Ruslan BƏŞİRLİ,

Avropa.info saytının Baş redaktoru

***

Vidadi Zeynalovu tanıyırsınız. 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri, keçmiş MTN şəbəkəsinin "qara kassası" sayılan, külli miqdarda dövlət əmlakını mənimsədiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün "Rabitə işi" çərçivəsində həbs olunan adam. 

2015-ci ildə həbs olunan bu adam 2019-cu ildə həbsdən azad edildi. 

Adam həbsdən azad olunduqdan sonra bir kənara çəkilib özünü unutdurmaq əvəzinə (Çünki külli miqdarda dövlət əmlakını mənimsədiyi rəsmən təsdiq olunmuşdi), çıxmış mətbuata "acından ölməmək üçün restoran işlətdiyini", hətta xanımının da "restorandakı aşpazlara rəhbərlik etdiyini" deyir. 

Sitat: "Həyat yoldaşım restoranda aşpazların başında durur, mən isə ümumi nəzarətçi işləyirəm. Bununla belə, restoranın həyətində toyuq-cücə də saxlayıram. Acından ölən deyiləm ki? Taxıl da əkirəm".

Vay arkadaş!!!

Vidadi Zeynalov həbs olunan zaman onun istintaqa məlum olan və üzərinə həbs qoyulan əmlakının sayı 67 idi. 

Bu əmlakların ümumi dəyəri 43 milyon 489 min 537 manat təşkil edirdi. 

Bundan əlavə, Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək, nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsi və israf edilməsinin təşkilində təqsirləndirilirdi.

2017-ci ildə keçirilən məhkəmə prosesində, dövlətə vurduğu ziyanı ödəməyə başladığı üçün Vidadi Zeynalovun əmlaklarının üzərindən həbs götürüldü və cəzası 4 ilə endirildi.

Vidadi Zeynalov dövlətə vurduğu ziyanı tam ödədikdən sonra - 2019-cu ildə həbsdən azad olundu. 

İndi bu adam çıxıb "acından ölməmək" üçün restoran işlətdiyini deyir. 

Hansı ki  Şamaxıda, Pirqulu yolunun üzərində yerləşən və adı "Məlhəm" adlanın bu restoran bölgənin ən dəbdəbəli istirahət mərkəzi sayılır. 

Bundan başqa, Zeynalovun İsmayıllıda hektarlarla torpağı var. Ehtimal ki, "taxıl əkirəm", dedikdə bu torpaqları nəzərdə tutur. 

Adamın Bakı şəhəri və ölkənin müxtəlif yerlərində 41 mənzili, 22 villası, 4 qeyri -yaşayış sahəsi mövcuddur. Zatən həbs qoyulan əmlakının sayı da 67 idi ki, sonradan bu əmlakın üzərindən də həbs götürüldü. 

Bəzi məlumatlara görə, Vidadi Zeynalovun İstanbulun Şişli rayonunda inşaat şirkəti də var. "PLZ Star Eğitim İnşaat Gıda Sanayi ve Dış Ticaret Limited” adlanan bu şirkəti, bizim "acından ölən" keçmiş məmurumuzla kürəkəni şərikli işlədirlər.

Bu qədər açıq faktlardan sonra Vidadi Zeynalova deyiləcək bir söz varmı? 

Rəsmən error...

Amma təklif var. 

"Acından ölən" Vidadi Zeynalova Avropa.info-da aylıq 500 manata iş təklif edirəm.

Yetər ki, "acından ölürəm" ağlaşması bitsin. 

Hə, Vidadi Zeynalov "500 manata iş olar?" deyə etiraz edərsə, 

Yapacak bir şey yoxdur. 

Ölkədə jurnalistlərin böyük əksəriyyəti 400-1000 manat arası maaş alır. 

Amma bu günə kimi hansısa jurnalist çıxıb, "acından ölürəm", - deməyib.  

*** 

Sosial şəbəkələrdə neçə gündür "Leş Tofiq"i müzakirə edilir. 

Bir neçə gün öncə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi qidaya yararsız, ölmüş iribuynuzlu mal və at ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü və emalı ilə məşğul olan səkkiz nəfər həbs edib. 

Dəstənin başçısının ləqəbi əməlinə görədir: "Leş Tofiq" 

İndi sosial şəbəkələrdə iddialar var ki, "Leş Tofiq"in həbsindən sonra restoranlarda ət yeməklərinin qiyməti bahalaşıb. 

İddianın nə qədər doğru olub-olmadığını bilmirəm.

Amma... Ofisimizin yaxınlığında nahar etdiyimiz bir kafe vardı, dünən getdik gördük, artıq bağlanıb. "Leş Tofiq”in həbsi ilə əlaqədar ola bilərmi, əcəba?

*** 

Dünən CNN Türkdə Əhməd Hakanın aparıcısı olduğu "Tərəfsiz bölgə"ni izləyirdim. 

Həmişəki kimi, AK Partiya tərəfində olan ekspertlərlə CHP tərəfində olan ekspertlər arasında sözlü qarşıdurma yaşanırdı.

Mövzunu qısa olaraq anladım. Deməli, CHP-li sədrin rəhbərlik etdiyi İzmir bələdiyyəsinin məclisinə AK Partiya qrupu tərəfindən PKK terror təşkilatının meşə yanğınlarını pisləyən bir bəyanat təqdim olunub. Bəyanatda PKK-ya dəstək verən partiyaların (HDP nəzərdə tutulub) da pislənməsi tələb olunub. AK Partiya qrupunun bu təklifi MHP və İyi partiya qrupları tərəfindən də dəstəklənib. 

Lakin bəyanat səsverməyə çıxarılınca... qəbul olunmayıb. 

Çoxluq olan CHP-li bələdiyyə üzvləri bəyanata səs verməyiblər. 

AK Partiyalı ekspertlər iddia edirdilər ki, CHP HDP ilə son illər əməkdaşlıq etdiyi üçün PKK-ya qarşı olan bu bəyanat bələdiyyə məclisində keçməyib.

Canlı yayına telefonla CHP-li İzmir bələdiyyəsinin sədri Tunc Soyer qatıldı. 

Soyer dedi ki, bəyanatın əvvəlində PKK terror təşkilatının pislənməsi doğrudur. Lakin bəyanatın mahiyyəti terror təşkilatını pisləməkdən ibarət olmayıb. 

Hər kəs, hətta CHP-li ekspertlər də caşqınlıqla bir-birlərinin üzünə baxırdılar. 

Necə yəni, qəbul edilməyən bəyanata PKK-nin pislənməsi salınsa da, bəyanatın mahiyyəti başqa idi?

Bunu Tunc Soyerdən də soruşdular. 

Bələdiyyə sədri dedi ki, AK Partiya qrupu PKK-nın pisləndiyi bəyanatın sonunda bələdiyyənin İzmirdə yaşayan şəhid ailələrinə bank  hesabı açmasını və onlara aylıq yardım etməsini tələb edirdi. CHP qrupu bu təklifi qəbul etmədi. Yoxsa, CHP qrupunun PKK-nı pisləməklə bağlı bir dərdi yoxdur. 

Adamın üzrü qəbahətindən betər oldu. 

Studiyada aləm rəsmən bir-birinə dəydi. Və mən bir az bələdiyyə sədrinin açıqlamasına, bir az da səs-küyə əsəbləşərək, kanalı çevirmək məcburiyyətində qaldım.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR