ƏƏSMN-in sabiq aparat rəhbərinə vəzifə verildi

img

17-09-2019 [23:14]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş Aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) yeni vəzfiyə təyin olunub.

Əjdər Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin tərkibindəki Azərbaycan Ədəbiyyat Fondunun sədri təyin edilib.

Qeyd edək ki, Əjdər Ol imzası ilə tanınmış şair, publisist, tərcüməçi indiyə kimi bir sıra rəsmi vəzifələrdə çalışıb.

Belə ki, o, Yazıçıların yaradıcılıq evində direktor müavini (1988-1990), Bədii Ədəbiyyatı Təbliğ bürosunda direktor müavini (1990-1992), Azərbaycan Respublikasının Prezidenti Aparatında Milli məsələlər üzrə məsləhətçi (1992-1994), "Şur" nəşriyyatında baş redaktor (1994) işləyib,.

Daha sonra Maliyyə Nazirliyində protokol və mətbuat xidməti bölməsinin rəisi (1994-2002), Dövlət Sosial Müdafiə Fondunda Kadr və Hüquq Departamentinin direktoru (2002-2004), Dövlət Sosial Müdafiə Fondunda Aparatın rəhbəri (2004-2013) vəzifələrində çalışıb.

2013-cü 2018-ci ilin may ayına kimi isə ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri postunu tutub.
Modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR