Bakıda oğurluq edən şəxslər tutulub

17-09-2019 [20:17]
Daxili işlər orqanlarının əməkdaşları oğurluqla məşğul olan şəxslərə qarşı uğurlu əməliyyat tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 31-də rayondakı evlərin birindən televizor və kombi aparatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Cəbrayılov yaxalanıb.

Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 16-da Binə qəsəbəsində həyətlərdən birinin darvazasını "Qazel” markalı avtomobillə oğurlamağa cəhd göstərmiş qəsəbə sakini A.Nəsibov saxlanılıb.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir


SON XƏBƏRLƏR