"Qarabağ" - "Sevilya" oyununa 28 min bilet satılıb

img

17-09-2019 [16:10]


"Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda Bakıda İspaniya "Sevilya"sına qarşı keçirəcəyi oyunu üçün satılan biletlər tükənmək üzrədir. 

Mia.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, qarşılaşma üçün artıq 2 min bilet qalıb. 

Oyun üçün satışa 30 min bilet çıxarılıb. 

Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, "Gənclik", 28 Mall, "Park Bulvar"dakı iTicket satış məntəqələrindən, ASAN xidmətin 2 və 3 saylı (Yasamal, "AMAY" T/M) mərkəzlərindən və İticket.az (onlayn) saytından əldə etmək olar.

Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionda keçiriləcək qarşılaşma saat 20:55-də başlayacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR