Nazirlik Qaxdakı qəza ilə bağlı açıqlama yaydı

17-09-2019 [16:05]
Səhiyyə Nazirliyi Qax rayonunda baş verən qəzada xəsarət alanların vəziyyəti ilə bağlı məlumat yayıb.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, hadisə nəticəsində 3 nəfər xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Belə ki, 32 yaşlı qadın sağ bilək və budun sınığı, 17 yaşlı oğlan sağ budun sınığı diaqnozu ilə Reanimasiya şöbəsinə, 17 yaşlı digər yeniyetmə isə kəllə-beyin travması ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib. 

Hazırda yaralıların müalicəsi davam edir.


SON XƏBƏRLƏR