Azərbaycanda “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlanacaq

17-09-2019 [15:28]
"Azərbaycanda "Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlanacaq”. 

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri İsa Həbibbəyli deyib.

O qeyd edib ki, ödənişli təhsil alan tələbələrin problemlərini həll etmək üçün ayrıca qanunun hazırlanması məqsədəuyğun hesab edilib: "Bununla bağlı müzakirələr aparılır. Hazırda "Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlanması istiqamətində iş gedir. Bununla bağlı əsas dünya təcrübəsi öyrənilir”.

Report


SON XƏBƏRLƏR