İran ilə Rusiya bankçılıq əlaqələrini SEPAM vasitəsilə həyata keçirəcək

17-09-2019 [15:13]
İranla Rusiya arasındakı bankçılıq əlaqələri bundan sonra SWIFT beynəlxalq maliyyə xəbərləşmə sistemindən yox, Rusiyanın alternativ maliyyə xəbərləşmə sistemi ilə İran Elektron Maliyyə Xəbərləşmə Sistemi (SEPAM) vasitəsilə həyata keçiriləcək.

"Report” "Mehr”ə istinadən xəbər verir ki, bu barədə ötən gün Türkiyə, İran və Rusiya arasında üçtərəfli zirvə görüşünün keçirildiyi Ankarada İran Mərkəzi Bankının rəhbəri Əbdülnəsir Himməti bildirib.

O, yaxın vaxtlarda İranın Avrasiya İqtisadi Birliyinə (EAEU) qoşulacağını, yeni sistemin işə salınması ilə EAEU üzv ölkələri arasında ticarət əlaqələrinin asanlaşdırılacağını və daha da inkişaf etdiriləcəyini deyib.

Həmçinin ABŞ-ın yeritdiyi siyasət nəticəsində dolların dünya iqtisadiyyatındakı əvvəlki əhəmiyyətini tədricən itirdiyini söyləyən İran Mərkəz Bankının rəhbəri Rusiya ilə əlaqələrdə milli valyutalara üstünlük verəcəklərini vurğulayıb.


SON XƏBƏRLƏR