Əli Həsənov Türkiyənin Vitse-prezidentini Bakıdan yola saldı - FOTO

img

16-09-2019 [22:12]


Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın Azərbaycan Respublikasına rəsmi səfəri sentyabrın 16-da başa çatıb.

Mia.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Vitse-prezident Fuat Oktayı Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənov, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola salıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR