Bakıda Data Jurnalistikası kursu keçirildi

24-07-2019 [13:58]

May ayının 4-dən iyul ayının 23-dək olan müddətdə jurnalistika fakultəsinin tələbə və məzunları üçün  Data Jurnalistika Kursu keçirilib. 

Mia.az xəbər verir ki, 13 (on üç) sessiyadan ibarət olan kurs DataHub MMC tərəfindən Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyinin maliyyə dəstəyi, Avrasiya Əməkdaşlıq Fondu və Qafqaz Tədqiqatlar və Resurs Mərkəzinin texniki dəstəyi ilə təşkil olunub.Təlimlər həftəsonları olmaqla 7 həftə davam edib.

Data Jurnalistikası artıq yeni bir konsepsiya deyil. Media vasitələrinin hadisələrin geniş auditoriyaya daha effektiv çatdırılmasında datadan istifadə etmələri artıq tez-tez rast gəlinən təcrübəyə çevrilib. Jurnalistikada datadan istifadə edilməsi məlumatın oxucu üçün daha da cəlbedici və güvənilir formada çatdırılmasında ən effektiv vasitələrdəndir.

Azərbaycanda data jurnalistikasının təşviqi məqsədi ilə bu kurs data jurnalistikası, data toplanması, verilərin təmizlənməsi və onlardan xəbər hazırlanması, tələb olunan proqramlarla iş barədə nəzəri və praktiki bilikləri əhatə edirdi.Təlimlər yerli və xarici ekspert-təlimçilər tərəfindən aparılıb. Təlimlər zamanı iştirakçılara bu sahədə beynəlxalq təcrübə haqqında məlumatlar verilmiş və onlarpeşəkar fəaliyyətləri zamanı datadan müvəffəqiyyətlə istifadə edə bilmələri üçün praktiki bacarıqlarla təmin edilmişdirlər.

Yekunda təlim iştirakçıları kapston layihələrini təqdim edərək Data Jurnalistika kursundan əldə etdikləri yeni bilik və bacarıqlarını nümayiş etdilər.

Bütüntəlim sessiyasının hər birinə qatılan iştirakçılara kursun təşkilatçıları olan DataHub MMC və ABŞ-ın Bakıdakı səfirliyi tərəfindən Sertifikatla təqdim olundu.



SON XƏBƏRLƏR