İran şirkətləri Masallı Sənaye Məhəlləsində traktor yığa bilər

16-09-2019 [16:00]
 İran şirkətləri Masallı Sənaye Məhəlləsində traktor yığmağı planlaşdırır. 

Bu barədə "Report"a İranın Azərbaycandakı səfirliyindən bildirilib. 

Məlumata görə, hazırda bu istiqamətdə danışıqlar aparılır. 

"Hələ ki, bu məsələ niyyət səviyyəsindədir", - deyə səfirlikdən qeyd ediblər.

Xatırladaq ki, hazırda Masallı Sənaye Məhəlləsində 10 müəssisə fəaliyyət göstərir. Əraziyə 5,3 milyon manat investisiya yatırılıb və 200-dən çox yeni iş yeri açılıb. Azərbaycanla İranın iqtisadi münasibətlərinə gəlincə isə, ötən il iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 74% artıb. İndiyə qədər İran şirkətləri Azərbaycan iqtisadiyyatına 3,4 milyard ABŞ dolları investisiya qoyub, ölkəmizdə 1000-dən çox İran şirkəti qeydiyyatdan keçib. 


SON XƏBƏRLƏR