Rusiya neftin ixrac rüsumunu azaldır

16-09-2019 [15:10]
Rusiyada neftin ixrac rüsumu 2019-cu il oktyabrın 1-dən etibarən 3,5 dollar azalaraq bir ton üçün 87,2 dollar təşkil edəcək.

Bu barədə Rusiya Maliyyə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, bu ilin 15 avqust - 14 sentyabr aralığında "Urals" markalı neftin orta qiyməti 59,52 dollar/barel və ya 434,5 dollar/ton təşkil edib/Report.


SON XƏBƏRLƏR