Ceyhun Bayramov "pullu təhsil"lə bağlı sualdan belə yayındı - VİDEO

img

16-09-2019 [14:24]


Bir müddətdir ki, Azərbaycanda dövlət ali məktəblərində ödənişli təhsilin ləğv olunması haqda təşəbbüslər irəli sürülür. 

Bununla bağlı bəzi millət vəkilləri də bu təşəbbüsləri dəstəkləyiblər.

Təhsil Naziri Ceyhun Bayramov dövlət ali məktəblərində ödənişli təhsilin ləğv olunmasının mümkün olub-olmaması haqda suala cavab verib. 

Amma cavabda nazir yalnız ali təhsillə bağlı ümumi olaraq danışıb və qeyd olunan təşəbbüs haqda heç nə deməyib: "Ödənişli təhsillə bağlı Azərbaycan dövlətinin prioriteti ondan ibarətdir ki, təhsilin bütün pillələrində təhsilin imkanlarını genişləndirsin. 

Bu istiqamətdə sistemli işlər görülür. Mən yalnız 2019-cu ildə bu istiqamətdə atılan addımlar barədə məlumat verə bilərəm. 

Dövlət ali məktəblərində dövlət hesabına və ödənişli təhsil alan tələbələr var. Dövlət hesabına oxuyanlar yüksək akademik nəticələr əldə etmiş şagirdlərdir ki, dövlət sifarişi ilə oxuyurlar. 

Eyni zamanda bir qrup vətəndaşlar var ki, onların da övladları akademik naliyyətlərindən asılı olmayaraq dövlət hesabına oxuyur. Bu şəhid ailələrinin, valideyn himayəsindən məhrum olmuş, birinci və ikinci qrup əlilliyi olan şəxslərdir ki, onlar dövlət hesabına oxuyurlar. Dövlət sifarişi ilə bağlı onu deyə bilərəm ki, ötən illə müqayisədə yerlərin sayı 66 faiz artırılıb”. 

Nazir bu il 20 min 500 tələbənin dövlət sifarişi əsasında təhsil aldığını vurğulayıb.  

 

Yenisabah.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı