MİQ-29-da həlak olan pilotun ailəsi DTX-ya müraciət etdi: "Həmin şəxsləri tapın..."

img

16-09-2019 [14:00]


Təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin "MiQ-29” təyyarəsinin həlak olan pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynova Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisinə müraciət edib. 

Buna səbəb sosial şəbəkədə K. Hüseynovanın adından saxta profilin açılmasıdır.

Mia.az xəbər verir ki, saxta profil vasitəsilə K. Hüseynovanın adından insanlardan maddi yardım istənilir. Bu məsələdən xəbər tutan pilotun ailəsi DTX-ya müraciət etmək məcburiyyətində qalıb.

Həlak olan pilotun qayınatası, politoloq Qabil Hüseynli Azvision.az-a deyib ki, DTX rəisi Əli Nağıyevə ünvanlanan müraciətdə həmin şəxslərin tapılmasın xahiş ediblər.

"Bu, həm şəhidi, həm də şəhidin ailəsini nüfuzdan salmaq məqsədi güdür. Pul dilənçiliyi həyata keçirdiyi üçün həmin şəxslər tapılaraq məsuliyyətə cəlb edilməlidir".

Q. Hüseynli Müdafiə nazirinin də məsələdən xəbərdar olduğunu qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq