Bakıda bədii gimnastika üzrə dünya çempionatı başladı - Təqvim

img

16-09-2019 [10:08]


Bu gün Bakıda bədii gimnastika üzrə dünya çempionatı start götürür.

Mia.az xəbər verir ki, sentyabrın 22-dək davam edəcək yarışda 61 ölkədən 300-dən çox idmançı mübarizə aparacaq. 

 37-ci mundial Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Olimpiadaya 98 vəsiqədən 41-i məhz Milli Gimnastika Arenasında sahibini tapacaq. 

Dünya çempionatının təqvimi

16 sentyabr
12:00 - 13:20. A qrupu, təsnifat mərhələsi. Halqa və top (növbə ilə)
13:35 - 15:00. B qrupu, təsnifat mərhələsi. Halqa və top
16:00 - 17:20. C qrup, təsnifat mərhələsi. Halqa və top
17:35 - 18:50. D qrupu, təsnifat mərhələsi. Halqa və top
19:15 - 20:00. Açılış mərasimi

17 sentyabr
10:00 - 11:20. C qrupu, təsnifat mərhələsi. Halqa və top
11:35 - 12:50. D qrupu, təsnifat mərhələsi. Halqa və top 
14:00-15:20. A qrupu, təsnifat mərhələsi. Halqa və top 
15:35 - 17:00. B qrupu, təsnifat mərhələsi. Halqa və top
19:30 - 20:00. Ayrı-ayrı alətlər. Final - halqa
20:05 - 20:35. Ayrı-ayrı alətlər. Final - top
20:40 - 20:55. Mükafatlandırma mərasimi: Halqa və top

18 sentyabr
12:00 - 13:40. D qrupu, təsnifat mərhələsi. Gürzlər və lent
13:55 - 15:40. C qrupu, təsnifat mərhələsi. Gürzlər və lent
15:40 - 16:40. B qrupu, təsnifat mərhələsi. Gürzlər və lent 
18:55 - 20:50. A qrupu, təsnifat mərhələsi. Gürzlər və lent

19 sentyabr
09:00 - 11:00. B qrupu, təsnifat mərhələsi. Gürzlər və lent
11:15 - 13:10. A qrupu, təsnifat mərhələsi. Gürzlər və lent
14:10 - 15:50. D qrupu, təsnifat yarışı. Gürzlər və lent
16:05 - 17:50. C qrupu, təsnifat mərhələsi. Gürzlər və lent
19:30 - 20:00. Ayrı-ayrı alətlər. Final - gürzlər
20:05 - 20:35. Ayrı-ayrı alətlər. Final - lent
20:40 - 21:00. Mükafatlandırma mərasimi: Gürzlər və lent

20 sentyabr
14:30 - 17:25. Çoxnövçülük üzrə final, B qrupu (təsnifatda 13-24-cü yerləri tutmuş gimnastlar)
17:40 - 20:35. Çoxnövçülük üzrə final, A qrupu (təsnifatda 1-12-ci yerləri tutmuş gimnastlar)
20:35 - 20:40. "Longines” mükafatı – "Prize of Elegance”
20:40 - 20:50 Mükafatlandırma mərasimi: Çoxnövçülük

21 sentyabr
14:30 - 16:10. Qrup hərəkətləri, A qrupu. - 5 top, 3 halqa + 2 cüt gürz (növbə ilə)
16:30 - 18:10. Qrup hərəkətləri, B qrupu, 5 top, 3 halqa + 2 cüt gürz
18:15 - 18:25. Mükafatlandırma mərasimi: Çoxnövçülük

22 sentyabr 
14:30 - 15:13. Qrup hərəkətləri, final - 5 top
15:15 - 15:58. Qrup hərəkətləri, final - 3 halqa + 2 cüt gürz
16:00 - 16:15. Mükafatlandırma mərasimi: 5 top / 3 halqa + 2 cüt gürz
16:15 - 16:45. Bağlanış mərasimi, Qala konsert

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı