Ermənilərdən Vahid Qaziyə qarşı daha bir təxribat: "Onların qəsdi məlumdur..."

img

15-09-2019 [13:55]


"Hörmətli dostlar, həmkarlar, feysbukdaşlar! Sizə müraciət etməyə məcbur oldum! Erməni mətbuatı və fəalları bir neçə il fasilədən sonra yenə bir vaxt özünütənqid ruhunda yazdığım bir yazıyla məni şantaja başlayıblar, təxribata çəkirlər". 

Mia.az xəbər verir ki, bu sözləri xaricdə yaşayan bloger Vahid Qazi sosial şəbəkədəki hesabında yazıb.

O bildirib ki, əvvəllər yazısındakı fikirləri ruscaya konteksdən çıxararaq tərcümə edib, onlarla erməni-rus saytında dərc edirdilərsə, indi youtube kanalında videolar halında yayırlar: "Onların qəsdi məlumdur, məni ləkələməklə Qarabağ mövzulu yazılardan soyutmaq və s.

 "Bir daha erməni manipulyatorları və saxtakarlarına” adlı bu müraciəti bloqumda (https://vahidqazi.com) dərc edib, facebook səhifəmdə yaymaqla, ümid edirəm ki, Azərbaycan mətbuatındakı həmkarlar, dostlar (xüsusən rusdilli saytlar), həmçinin sosial şəbəkələrdə ermənilərlə söz davasından çəkinməyən soydaşlarımız yanımda olacaqlar. Jurnalist dostlar öz saytlarında bunun dərcinə çalışacaq, "Проживающий в Швеции азербайджанский писатель-публицист Вахид Гази в открытом письме..." məzmunlu erməni paylaşmalarına rast gələn fəal sosial şəbəkə istifadəçiləri bu müraciətlə və öz fikirləriylə söz davasında fəal iştirak edəcəklər".

Vahid Qazinin rus dilində olan həmin müraciəti ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://vahidqazi.com/2019/09/14/%D0%B5%D1%89%D1%91-%D1%80%D0%B0%D0%B7-%D0%BA-%D0%B0%D1%80%D0%BC%D1%8F%D0%BD%D1%81%D0%BA%D0%B8%D0%BC-%D0%BC%D0%B0%D0%BD%D0%B8%D0%BF%D1%83%D0%BB%D1%8F%D1%82%D0%BE%D1%80%D0%B0%D0%BC-%D0%B8-%D1%84%D0%B0/?fbclid=IwAR29IUxs-fsQ3QURtMK5BOoDpaPtFFZbV672yGewnmJ_sekTJeKxC3BcmIY

Digər xəbərlər
SON XƏBƏRLƏR