Usama bin Ladenin oğlu ölüb - Tramp xəbəri təsdiqlədi

img

14-09-2019 [18:17]


ABŞ lideri Donald Trump Əl-Qaidə terror təşkilatının öldürülən keçmiş lideri Usama bin Ladenin oğlu Həmzə bin Ladenin ölümünü təsdiqləyib.

Bu barədə AFP məlumat yayıb.

Mart ayında Amerika Birləşmiş Ştatları Həmzə bin Ladenin olduğu yeri müəyyənləşdirməyə yardım edəcək hər hansı bir məlumata görə, 1 milyon dollara qədər mükafat vəd etmişdi.

Bundan əvvəl KİV-lərdə Usama bin Ladenin oğlunun ölümü barədə xəbər yayılmışdı.

Xatırladaq ki, Usama bin Laden 2011-ci ildə Pakistanda Amerika xüsusi təyinatlılarının keçirdiyi əməliyyat zamanı məhv edilib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq