"O restoran Vidadi Zeynalovun deyil" - "Məlhəm"dən Mia.az-a açıqlama verildi + FOTOLAR

img

14-09-2019 [17:52]


"Saytınızda Vidadi Zeynalova məxsus olduğu iddia olunan Şamaxıdakı "Məlhəm" restoranının ona aidyyatı yoxdur. O restoran məşhur "Çanaqqala" və digər restoranların sahibi olan Tahir Nadirlinindir".

Bunu bu gün az əvvəl saytımızda  yayımlanan xəbərlə bağlı Mia.az-a zəng edən "Məlhəm" restoranının administatoru deyib.

Adını açıqlamasa da, administrator bildirib ki, fotoları yayılan "Məlhəm"i hazırda o, işlədir: "Qeyd etdiyim kimi, bu restoranın Vidadi Zeynalova qəti aidiyyatı yoxdur. İndi o, çıxıb hanısa sayta çox sözlər deyə bilər. Fakt isə başqadır. Bu restoran bütün Azərbaycanın yaxşı tanıdığı Tahir müəllimə  məxsusdur".

"Bəs Vidadi Zeynalov niyə belə açıqlama verib", - sualına gəldikdə isə, müsahibimiz "Bilmirəm. Düzdür, onun burada evi və balaca obyekti var. Ancaq saytınızda fotolarını paylaşdığınız bu restoranın ona qəti aidiyyatı yoxdur", - deyə cavab verib.

Xatırladaq ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri, MTN hadisələrindən sonra həbs olunan Vidadi Zeynalov azadlığa buraxıldıqdan sonra restoran biznesinə başlaması haqda dünən aşağıdakı açıqlamanı verib: "Şamaxıda "Məlhəm” restoranını işlədirəm. Həyat yoldaşım restoranda aşbazların başında durur, mən isə ümumi nəzarətçi işləyirəm. Bununla belə, restoranın həyətində toyuq-cücə də saxlayıram. Acından ölən deyiləm ki? Taxıl da əkirəm”.

Məhz bundan sonra bu gün isə MİA.AZ Yenisabah.az-a istinadla "Məlhəm" restoranından xəbər və fotrolar yayıb.

Həmin xəbərdə qeyd edilirdi ki, bu restoran heç də acından ölməmək üçün V. Zeynalovun işlətdiyi bir istirahət mərkəzi deyil:

"Restoran Şamaxı bölgəsində ən prestijli, elit və bahalı obyektlərdən biri kimi tanınır. 

Pirqulu yolu üzərindəki Məlhəm kəndində yerləşən "Məlhəm” həmin istiqamətdə yeganə böyük restorandır. Restoranın həm böyük zalları, həm də çoxlu sayda kabinetləri mövcuddur.  Həm qış, həm də yay fəslində qonaqları qarşılamaq üçün infrastruktura malikdir. Həyətində də onlarla "besedka” fəaliyyət göstərir. Uşaq əyləncə mərkəzi var. 

Bölgənin ən mahir aşpazları bu restoranda çalışır. 

Bundan başqa "Məlhəm”in həyətində böyük süni göl yaradıb və balıq yetişdirir".

Məlumatda o da qeyd olunurdu ki, restoranın qonaqları əsasən ölkənin ən tanınmış şəxsləri, dövlət rəsmiləri, millət vəkilləri, şou adamları, biznesmenlərdir. 

İndisə "Məılhəm"dən Mia.az-a verilən aaçıqlamada buranın qətiyyən Vidadi Zeynalova məxsus olmadığı bildirilib. 

Elə isə sabiq aparat rəhbəri niyə yalan açıqlama verib?

Çün içində onun da mövqeyini yaymağa çalışacağıq.

"Məlhəm”in fotolarını təqdim edirik: 




Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq