İmişlidə avtomobil aşıb, 2 nəfər xəsarət alıb

img

14-09-2019 [16:26]


İmişlidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə İmişil şəhər Xanhüseyn Bəylərov küçəsində qeydə alınıb. 

Belə ki, rayonun Şahverdili kənd sakini, 1991-ci il təvəllüdlü İmanov Cəlil Daşqın oğlu idarə etdiyi "VAZ-2101” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və maşın aşıb. 

Qəza nəticəsində sürücü və həmkəndlisi olan sərnişin, 1941-ci il təvəllüdlü İsmayılov Cəbrayıl Cabbar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Xəsarət alanlar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı