Bakıda və rayonlarda yağış yağacaq - Proqnoz açıqlandı

img

14-09-2019 [12:45]


Sentyabrın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. 

Mia.az ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu gecə 16-20° isti, gündüz 24-27° isti, Bakıda gecə 16-18° isti, gündüz 25-27° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-65 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 24-29° isti, dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq