Bu gün sizi nələr gözləyir? - BÜRCLƏR

img

14-09-2019 [00:20]


Qoç - İşgüzar təmaslar, danışıqların aparılması, yeni tərəfdaşların axtarışı üçün əlverişli gündür. Yaxşı təəssürat yaratmaq, özünüzün ən yaxşı keyfiyyətlərinizi üzə çıxarmaq üçün şansınız var. Rəhbərlik sizin ideyalarınızı dəstəkləməyə, zəhmətinizi layiqli şəkildə mükafatlandırmağa hazırdır. Maraqlı iş təklifi ala bilərsiniz, iş yerinizi dəyişmək ehtimalı da var.
Dünyagörüşünüz artır, maraq dairəniz genişlənir. Ciddisiniz, əl atdığınız hər işdə uğur qazanırsınız. Enerjiniz azdır, axşam səhhətiniz pisləşə bilər.

Buğa - Çox şey sizin başqalarının işinə vaxtında qarışmağınızdan, birbaşa sizə aidiyyatı olmayan problemlərin həllinə girişməyinizdən asılı olacaq. Hərəkətləriniz nüfuzunuzun artmasına, ətrafdakıların rəğbətini qazanmağınıza kömək edir. Bu gün dostlaşacağınız tərəfdaşlarınız sizi yüksək qiymətləndirəcək və hörmət edəcəklər.
Hüquqi məsələlərin həlli, sənədlərin hazırlanması, dövlət orqanları ilə bağlı işlərin yoluna qoyulması ilə məşğul olmaq olar. İri məbləğdə pul ala bilərsiniz.

Əkizlər - İşgüzar və enerjilisiniz. Vacib olan məsələlərə diqqət yetirir, ikinci dərəcəlilərə əhəmiyyət vermədən və vaxt itirmədən məqsədə doğru gedirsiniz. Emosiya və həyəcanlar çox olacaq, ancaq siz onları nəzarətdə saxlayır, sağlam düşüncə ilə hərəkət edirsiniz.
Danışıqlar, istənilən məsələlərin müzakirəsi üçün münasib gündür. İnandırıcı danışırsınız, rəyinizi dinləməmək mümkün deyil. İri alış-veriş etmək, yatırımlar etmək olar. Yaxınlarınız biznesdə sizi dəstəkləməyə hazırdırlar.   

Xərçəng - Sakit gündür, böyük hadisələr gözləməyə dəyməz. Düzdür, bəzi Xərçənglər özləri üçün problem yaratmağı bacaracaqlar. Amma eyni zamanda bunları elə özləri və çox uğurla həll edirlər. Yeni, irimiqyaslı layihələrin gerçəkləşdirilməsinə başlamaq məsləhət deyil. Onları reallaşdırmaq ilk baxışdan göründüyü kimi asan deyil.
Günün ikinci yarısı ruh yüksəkliyinizlə seçiləcəksiniz. Əhvalınız yaxşılaşır, gələcəyə nikbinliklə baxırsınız. Yaxşı təsir bağışlamaq istədiyiniz bir adamla görüşməyin əsl vaxtıdır.

Şir - İşdə ciddi uğurlar qazanacaqsınız. Çox mürəkkəb məsələlərin öhdəsindən asanlıqla gələcəksiniz. Paxıllıq edənləriniz olacaq, amma zərər yetirməyə kimsənin hünəri çatmayacaq. İşgüzar ünsiyyət və nüfuzlu şəxslərlə təmaslar üçün əlverişli gündür.
Yaxınlarınız sizə görə narahat olurlar, bəzən onların qayğıkeşliyi zəhlənizi tökür. Valideyn Şirlər uşaqları ilə ümumi dil tapa bilirlər. Təmkininizi qorumağa çalışın. Emosiyalarınızı nəzarətdə saxlayın: münaqişə və fikir ayrılıqlarından qaçmaq olar.  

Qız - Şərait elə də yaxşı deyil. Ancaq siz sakitliyinizi və soyuqqanlılığınızı qoruyub saxlaya bilirsiniz. Bu, bütün çətinliklərin öhdəsindən gəlməyə imkan verir. Həmkarlarınızın öhdəsindən gələ bilmədikləri irimiqyaslı və mürəkkəb layihələri gerçəkləşdirməyə başlamaq olar.
Axşamı ailə və məişət məsələlərinin həllinə sərf etməli olacaqsınız. Yaxınlarınızla səbrli davranın, tənqidlərinə ağız büzüb inciməyin. Bir qədər düşüncəli olun, belədə münaqişədən qaçmaq olar.

Tərəzi - Müsbət tendensiyaların təsiri güclü olmasa da, siz qarşınıza qoyduğunuz məqsədlərə çatacaqsınız. Bu günün yalnız bir ciddi mənfi cəhəti var - istəklərinizə çatmaq asan deyil. Bu isə sizi qorxutmaq əvəzinə ruhlandırır. Tərəfdaşlarınız və həmfikirləriniz isə şəraitə sizin kimi yanaşmırlar. Onları da ruhlandırmağa çalışın.
Səhhətiniz pisləşə bilər. Özünüzü qoruyun, orqanizminizi yükləməyin. Axşama planlaşdırdığınız səfərlər gözlənildiyindən çox vaxt aparacaq. Üstəlik, lazımi nəticəni də almayacaqsınız.

Əqrəb - Xoş ailə tədbirləri gözlənilir. Uzaq qohumlarınızdan gözəl xəbərlər ala bilərsiniz. Valideyn Əqrəblər bir qədər narahatlıq keçirəcəklər, çünki uşaqlarının bəzi çətinlikləri yaranacaq. Sakit əhvalınızı qoruyub saxlayın, uşaqlarınızla dostca davranın və onlara inanın: bir çox problemlərin öhdəsindən onlar özləri gələ bilərlər.
Bu gün özünüzü nazlandıra bilərsiniz: çoxdankı bir arzunuz yerinə yetəcək. Az tanıdığınız insanlarla ehtiyatlı olun - lazım olmayan sözlərlə başınıza iş aça bilərsiniz.

Oxatan - Maliyyə məsələlərini həll etmək üçün əlverişli gündür. Əgər borcunuzu qaytarmaq, işlərinizi sahmana salmaq lazımdırsa, bunları bu gün edin. Həmçinin ailə büdcəsinin planlaşdırılması ilə də məşğul ola bilərsiniz. Əmlak bölgüsü ilə problem yaranmayacaq. Qiymətli hədiyyə və sürpriz ala bilərsiniz.
Bu günün əsas uğurlarından biri işlərinizə məsuliyyətlə yanaşmağınızdadır. Ən xırda layihələrə diqqətlə yanaşıb, bütün imkanları dəyərləndirin. Siz şəraiti bir qədər "bəzəməyə" meyllisiniz, doğruları görmək istəmirsiniz. Bu gün bununla bağlı elə bir problem olmayacaq, ancaq sonra xoşagəlməz nəticələri ola bilər.

Oğlaq - Bu günlərdə yaranan anlaşılmazlıq və çətinlikləri aydınlaşdırmaq üçün zəhmət çəkməli olacaqsınız. Bunu mümkün qədərilə tez etməyə çalışın, günün ikinci yarısı sizi daha xoş və maraqlı məşğuliyyətlər gözləyir. Pullarla bağlı bütün məsələləri günortayadək həll etmək lazımdır, sonra yüngül bir əhval sizi çənginə alacaq və qənaət etməyinizə imkan verməyəcək.
Maraqlı tanışlıqlar mümkündür: yeni hisslər parlaqdır və getdikcə güclənir. Oğlaqların əksəriyyətinin intuisiyası onları yanıldır və çox zaman layiqsiz adamları seçirlər.

Dolça - Tələsmək lazım deyil. Sanki qarşınızda bir neçə qapı var. Onlardan yalnız birindən keçməlisiniz, bu səbəbdən düzgün seçim etmək, yəni perspektivləri aydınlaşdırmaq lazımdır. Ətrafınızda baş verən hadisələri müşahidə edin, intuisiyanıza qulaq verin.
Yaxınlarınızla münasibətləriniz elə də asan deyil. Soyuqqanlı və düşüncəli insanlarla aranız yaxşıdır, emosiyalarla yaşayanlarla isə aranızda ciddi fikir ayrılıqları yaranır. Sizi xüdpəsəndlikdə, etinasızlıqda günahlandıra bilərlər.  

Balıqlar - Sakit gündür, əvvəllər başladığınız işləri bitirə bilərsiniz. Yeni layihələrin reallaşdırılması ilə tələsməyin, çox müxtəlif çətinlikləriniz ola bilər. Hamıya qarşı tələbkarsınız, özünüzdən başqa. Bu da həm münasibətlərdə çətinliklərə, həm də işdə səhvlərə yol açır. İkili standartlardan qaçın.
Pul ala bilərsiniz. Sövdələr bağlamağa tələsməyin. Daha yaxşı şəraitin yaranmasını gözləyin. Bunları yaxında sizə təklif edəcəklər. İşgüzar danışıqları qeyri-formal şəraitdə keçirməyə çalışın. Alkoqoldan uzaq durun.

Milli.Az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı