"Azərsu"yun işçiləri torpaq altında qaldı: ölən və yaralanan var - Qazaxda uçqun

img

13-09-2019 [23:59]


Qazax rayonunda torpaq uçqunu baş verib.

Hadisə Qarapapaq kəndində qeydə alınıb. 

Belə ki, kanalizasiya sisteminin yenilənməsi işləri aparılarkən torpaq uçqunu olub. 

Nəticədə Qazax rayonu, Çaylı kənd sakini, 1983-cü il təvəllüdlü Qocalı Gündüz Məşədi oğlu ölüb, Ağstafa rayon sakini, 1970-ci il təvəllüdlü Məmmədov Niftalı Həsən oğlu isə xəsarət alıb. 

Yaralı Qazax rayon Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR