Böyük Quruluş Partiyası: “İşğalçıya qarşı bəyənatlar verilməsi ilə kifayətlənməməliyik”

img

13-09-2019 [18:27]


Bu gün Partiya başqanı Fazil Mustafanın sədrliyi ilə Böyük Quruluş Partiyası  Siyasi Qurulunun  növbəti iclası keçirilib.

Partiyadan Mia.az-a verilən məlumata görə, iclasda qərarların  icra vəziyyəti,  ictimai-siyasi vəziyyət, bələdiyyə seçkilərinə hazırlıq və digər məsələlər müzakirə edilib.

BQP başqanı Fazil Mustafa ictimai-siyasi vəziyyət  mövzusunda geniş məruzə ilə etdiyi çıxışda iclaslararası dövr ərzində ölkədə, regionda və dünyada cərəyən edən  hadisələrin geniş təhlilini verib, baş verənlərlə bağlı öz mülahizə və düşüncələrini bölüşüb. Fazil bəy həmçinin,11 sentyabr tarixdə qatıldığı müxtəlif təmayüllü siyasi partiyaların dialoqu barədə öz təəssüratlarınını qurum üzvlərinə çatdırıb və ümummilli problemlərin müzakirə edildiyi bu tipli tədbirlətin ölkənin ictimai-siyasi həyatı üçün əhəmiyyətli olduğunu vurğulayıb.

İclasda Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində 8 sentyabr 2019-cu il tarixində "yerli özünüidarəetmə orqanlarına seçkilər” adı altında növbəti "seçki tamaşası” təşkil edilməsinə kəskin etiraz edilib və təcavüzkar Ermənistanın və əlaltısı olan cinayətkar Qarabağ separatçılarının atdığı bu addımı heç bir hüquqi əsası olmayan, qanunsuz oyunbazlıq kimi dəyərləndirib: "İşğala məruz qalan ölkə olaraq Azərbaycan tərəfi Beynəlxalq təşkilatlar və böyük dövlətlərin təkcə seçkilərin tanınmaması ilə bağlı onların bəyanatları ilə kifayətlənməməli, işğalçı olduqlarını çəkinmədən bəyan edən Ermənistan dövlətinə qarşı ciddi sanksiyalar tətbiq edilməsinə çalışmalıdır!”. 

Siyasi Qurul Fransa parlamentarilərinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərini qəti şəkildə pisləyib. Bildirilib ki, yerli azərbaycanlı əhalinin vəhşilklə müşaiyət olunan etnik təmizləməsini həyata keçirən və münaqişənin həllinin istəmədiyini açıq şəkildə nümayiş etdirən təcavüzkar Ermənistan tərəfindən ölkəmizin işğal olunmuş ərazilərinə qanunsuz səfərin həyata keçirilməsində ATƏT-in Minsk Qrupu həmsədri kimi münaqişənin nizamlanmasında vasitəçi qismində çıxış edən  Fransa parlamentarilərinin iştirakı bu ölkənin tərəfsizlik statusunun pozulmasının təkrar təsdiqidir: "Bu tipli səfərlər yalnız işğalçını cəsarətləndirməyə və status-kvonun möhkəmləndirilməsinə xidmət edir. Fransa dövlətindən üzrərinə götürdyü beynəlxalq öhdəliklərin düzgün yerinə yetirilməsi və münaqişənin nizamlamasında vasitəçi kimi qərəzsiz yanaşılmanın ardıcıllığının gözlənilməsi tələb edilməlidir”.

İclasda bu ilin sonunda keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərinə hazırlığın vəziyyəti barədə BQP Mərkəzi Seçki Qərargahı (MSQ) tərəfindən təqdim edilən məsələ müzakirəyə çıxarılıb və partiyanın bir sıra rayonlarında yerli təşkilatlar tərəfindən irəli sürülən namizədlərin dəstəklənməsi qərara alınıb. Siyasi Qurulda partiyanın digər yerli təşkilatlarının rəhbərlərinə və seçkili orqanlarının üzvlərinə tapşırılıb ki, kənd, qəsəbə və şəhərlər üzrə keçiriləcək yerli özünüidarətmə orqanlarına seçkilərdə iştirak edəcək namizədlərin irəli sürülməsi haqda yerli təşkilatların qərarlarını Ali Məclisin növbəti iclasında təsdiq edilməsi üçün müəyyən edilmiş müddətdə partiyanın mərkəzi qərargahına təqdim etsinlər.

Siyasi Qurul BQP-nin Ağstafa və Göyçay rayon təşkilatlarının yaradılması ilə bağlı Təşəbbüs Qruplarının rəhbərləri, müvafiq olaraq Elşən Orucov və Sabir İbrahimovun təqdim etdikləri məlumatlar əsasında MSQ üzvü tərəfindən təqdim edilən hesabat dinlənilib və təşkilati işlərin başa çatdırılmasına dair sənədlərin Ali Məclisin növbəti iclasının təsdiqinə çıxarılması haqqında qərar qəbul edilib.

İclas cari məsələlərin müzakirəsi ilə öz işini başa çatdırıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR