Gələn il ARDNF-dən büdcəyə transfertlər artacaq

13-09-2019 [17:52]
2020-ci ildə Azərbaycan Dövlət Neft Fondundan büdcəyə 11 767,5 milyon manat vəsaitin transfert edilməsi nəzərdə tutulub.

Bu barədə Maliyyə Nazirliyi xəbər verib.

Bu, 2019-cu illə müqayisədə 3,55% çoxdur.

Qeyd edək ki, gələn il büdcə gəlirlərinin 57%-i və yaxud 13 947,5 milyon manatı neft, 43%-i və yaxud 10 536,5 milyon manatı isə qeyri-neft gəlirlərinin hesabına təmin ediləcək. Beləliklə, ARDNF-dən transfertlər büdcə gəlirlərində 48,1%, neft gəlirlərində isə 84,4% paya malik olacaq. 


SON XƏBƏRLƏR