Gürcüstanın baş naziri qubernatorlara bölgələrdəki problemləri həll etməyi tapşırıb

img

13-09-2019 [15:59]


Gürcüstanın baş naziri Giorgi Qaxaria bölgə qubernatorları ilə görüş keçirib.

Bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.

Hökumət administrasiyasında baş tutan görüşdə G.Qaxaria bölgələrdə mövcud problemlərin həll olunmasının zəruriliyini qeyd edib. O, qubernatorlara problemlərin həlli istiqamətində konkret fəaliyyət planı hazırlamağı tapşırıb.

Baş nazir bildirib ki, bölgə rəhbərləri tez, effektiv və ən əsası vicdanla fəaliyyət göstərməlidirlər: "Yaxın günlərdə siz regionlarda mövcud problemləri müəyyən etməli və konkret plan təqdim etməlisiniz. Sizin vəzifəniz problemləri həll etməkdir, onları yaratmaq deyil”.

Görüşdə azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili də iştirak edib/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR