Vergilər nazirinin müavini: “Kölgə iqtisadiyyatı”nın tam aradan qaldırılması inandırıcı görünmür”

13-09-2019 [14:49]
"Azərbaycan iqtisadiyyatının böyük hissəsi - təxminən yarısı neft sektorudur. Burada isə qeyri-şəffaflıqdan söhbət gedə bilməz. "Kölgə iqtisadiyyatı” ancaq qeyri-neft sektorundadır”.

Bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

"Əsas məsələ odur ki, "kölgə iqtisadiyyatı” var və bu hər bir ölkə üçün çox ciddi təhdiddir. Əgər desək ki, "kölgə iqtisadiyyatı”nı tam aradan qaldırmaq mümkün olacaq, bu da inandırıcı görünmür. Dünyanın ən demokratik, şəffaf ölkələrindən olan ABŞ-da 10%, İsveçrədə 9% "kölgə iqtisadiyyatı” var. Statistika göstərir ki, Gürcüstanda ən yüksək səviyyədədir. "Kölgə iqtisadiyyatı” çox ciddi problemlərə gətirib çıxarır, vergi orqanında işləyən biri kimi deyim ki, vergidən yayınmalara səbəb olur. Bu isə sosial xərcləmələrə mənfi təsir edir”, - o bildirib/Report. 


SON XƏBƏRLƏR