"Dövlət qurumlarında mühasibatlıqla bağlı çoxsaylı nöqsanlara yol verilir" - Palata sədri

img

13-09-2019 [13:45]


"Müəyyən etmişik ki, büdcə vəsaitlərindən istifadə edən dövlət qurumlarında maliyyə hesabatlarının mühasibat uçotunun aparılmasında çoxsaylı nöqsanlara yol verilir".

Bunu jurnalistlərə Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

V.Gülməmmədovun sözlərinə görə, təmsil etdiyi qurumun əsas hədəfi bütün dövlət sektoru üçün hazırlanmış yaxud konsolidə olmuş maliyyə hesabatlarına verilmiş əsas rəydir: "Hazırda bununla bağlı ölkə qanunvericilikdə hər hansı tələb yoxdur. Nəinki dövlət sektoru üçün, heç büdcə təşkilatkarının da maliyyə hesabatlarının konsolidasiyası aparılmır deyə ona rəy də vermək olmur. Bu dövlətə məxsus olan aktivlərin, öhdəliklərin, qeyri maddi aktivlərin hamısını özündə ehtiva edən vacib səbəbdir. Yəni dövlət hər hansı bir tarazlıq yaradacaq qərar qəbul etdiyi zamanı bu hesabatlardan istifadə etməsi mümkün olmalıdır. Bu hesabatlar etibarlı olmalıdır. Təhriflərə yol verilməməlidir".

Onun sözlərinə görə, bu gün dövlət qurumlarında daxili nəzarət sistemi zəif qurulub: "Biz bunu qeyri-qəbaətbəxş hesab edirik".

V.Gülməmmədov bildirib ki, təmsil etdiyi qurum dövlət qurumlarının maliyyə hesabatlarının konsolidasiya olunmasının qanunvericilikdə təmsil olunması üçün hökumətə müraciət etməyiblər: "Bu daha çox icra qurumlarının səalhiyyətində olan məsələdir. Konsolidə olunmiş maliyyə hesabatı olmalıdır ki, biz də ona rəy verək. Amma bunun büdcə qanunvericiliyində tətbiqi üçün heç bir müraciət etməmişik". 

V.Gülməmmədov Palatanın apardığı audit tədbirlərinin tam açıqlanmamasına da aydınlıq gətirib: "Hesablama Palatası apardığı audit tədbirləri ilə bağlı mütəmadi məlumatlandırır. Bu il artiq "Audit" jurnalinın 3-cü nəşri çıxacaq və orada audit tədbirləri haqqında da məlumat veriləcək".

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR