“Sədərək” Ticarət Mərkəzində geyim oğurlayan qadın tutuldu

img

13-09-2019 [13:27]


"Sədərək” Ticarət Mərkəzində qadın mağzadan geyim əşyaları oğurlayıb.

Daxili İşlər Nazirliyindən Mia.az-a daxil olan məlumata görə, sentyabrın 12-də saat 13 radələrində "Sədərək” Ticarət Mərkəzindəki mağazaların birindən 200 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən qadın ərazidə xidmət aparan Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

10-cu Polis Bölməsinə təhvil verilən həmin şəxsin Şirvan şəhər sakini olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR