Bakıda mağazadan oğurluq edən keçmiş məhkum tutuldu

img

13-09-2019 [13:01]


Bakıda mağazadan 2000 manat oğurlanıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 8-də rayon ərazisindəki mağazaların birindən 2000 manat oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Y.Musayev saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR