Davudoğlundan Ərdoğana etiraz: AKP-nin yekun qərarını gözləmədən istefa verdi

13-09-2019 [12:48]
Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu Prezidfent Ərdoğanın lideri olduğu AKP-dən istefa verib.

Mia.az xəbər verir ki, o, bu gün keçirdiyi mətbuat konfransında keçmiş silahdaşlarının ünvanına tənqidlər səsləndirib. Daha sonra istefa verdiyini bəyan edib.

Xatırladaq ki, ötən ay Ərdoğanın sədrliyi iləAKP-də keçirilən  iclasda Davudoğlunun partiyadan  xaric olunmasına qərar verilib. Bu qərar partiyanın Mərkəzi Nəzarət Komissiyasına göndərilib. Komissiya qərarını açıqlamadan, Davudoğlu istefa verməklə, sanki Ərdoğana "Məni sən xaric etmədin, özüm getdim" mesajını vermiş oldu.


SON XƏBƏRLƏR