Gürcüstanda Nəriman Nərimanovun heykəli daha da qəzalı vəziyyətə düşüb

12-09-2019 [23:50]

Azərbaycanın görkəmli ictimai-siyasi xadimi və böyük ədibi Nəriman Nərimanovun Gürcüstanın Marneuli rayonunun mərkəzində yerləşən heykəli daha da qəzalı vəziyyətə düşüb.

Heykəlin postamentində yerləşən mərmər lövhələrin bir neçəsi yerindən qopub.

Heykəlin son durumunu əks etdirən fotoları "Borçalı İrəli” İctimai Birliyinin sədri Məhəbbət İmanov "Facebook” səhifəsində paylaşıb/Report.



SON XƏBƏRLƏR