"Xalq dəyişiklik gözləyir" - Gürcü patriarxı Baş nazirə açıq məktub yazdı

img

12-09-2019 [16:48]


"Müxtəlif qüvvələr təsir əldə etmək və öz ideologiyasını yeritməyə çalışır. Xalq isə müsbət dəyişikliklər gözləyir”.

Bunu Gürcüstan patriarxı II İlya ölkənin yeni baş naziri Giorgi Qaxariaya ünvanladığı məktubda bildirib.

Patriarx G.Qaxarianı baş nazir vəzifəsinə təsdiq olunması münasibətilə təbrik edib.

II İlya qeyd edib ki, müstəqillik əldə olunandan sonra Gürcüstanda gərgin siyasi proseslər səngimək bilmir: "Təəssüflər olsun ki, bu vaxt ərzində əhalinin ən əsas problemlərini həll etmək, sosial durumu yaxşılaşdırmaq, milli dəyərləri önə çəkmək, milləti birləşdirmək və ölkənin ərazi bütövlüyünü bərpa etmək mümkün olmayıb”.

Gürcüstan patriarxı yeni baş nazir və hökumətin səylərinin bu vacib problemlərin aradan qaldırılmasına yönələcəyinə ümidvar olduğunu vurğulayıb/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR