“Ege hospital”da müalicə alan 20 yaşlı gənc öldü - Prokurorluq klinikada araşdırma aparır

img

12-09-2019 [15:18]


Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "Ege hospital”da ölüm hadisəsi baş verib.

"Report”un xəbərinə görə, hospitalda müalicə alan Sabirabad rayon sakini, 20 yaşlı Şamxal Məmmədov vəfat edib.

Hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

"Report” məsələ ilə bağlı "Ege hospital”a müraciət edib, lakin xəstəxanadan açıqlama almaq mümkün olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR