Gəncədə "Heroin narkotaciri"nin məhkəməsi başlayır

img

12-09-2019 [14:08]


Gəncədə narkotik vasitələrin satış məqsədilə külli miqdarda dövriyyəsində təqsirləndirilən Turan Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üşün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Dadaş İmanovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, T.Məmmədov bu ilin mart ayında Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü Taleh Həsənov saxlanılaraq polis idarəsinə gətirilib və onun üzərinə baxış keçirilən zaman üzərindən 0.4 qram narkotik vasitə olan "heroin” aşkar olunub.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində T.Həsənova narkotik vasitə satan şəxsin Gəncə şəhər sakini 1982-ci il təvəllüdlü Turan Məmmədov olduğu müəyyən edilib.

Onun evinə baxış keçirilən zaman 27.3 qram narkotik vasitə olan "heroin” aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı cinayət işi açılıb.

T.Məmmədova Cinayət Məcəlləsinin 234.4.3. (satış məqsədilə külli miqdarda dövriyyəsi) maddəsilə ittiham verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR