Bakıda ev və maşınlardan oğurluq edən şəxs saxlanılıb

12-09-2019 [11:39]
Bakıda 15000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin  Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulan M.Bayramovun ətrafında Sabunçu Rayon Polis İdarəsi 12-ci PŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun iyulun 23-də rayon ərazisindəki evlərin birindən 15000 manat dəyərində qızıl-zinət əşyaları, habelə evin qarşısındakı "BMW” markalı avtomobildən isə 700 manat oğurlaması da müəyyən edilib


SON XƏBƏRLƏR