Azərbaycanda Rusiyanın daha bir universitetinin filialı açılır - Açıqlama

12-09-2019 [11:19]
"Gələn il ölkəmizdə Rusiyasının Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetinin (MDHİU) filialı açılacaq”.

Mia.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, bununla da ölkəmizdə Rusiyanın 3 universitetinin filialı olacaq: "Buna qədər ölkəmizdə Rusiyanın 2009-cu ildə yaradılmış M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və 2015-ci ildə yaradılmış İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı var idi".


SON XƏBƏRLƏR