Maşınlarda "aptekçə"də hansı dərmanlar olmalıdır? - Hökumət qərar verdi + SİYAHI

img

12-09-2019 [10:18]


Nəqliyyat vasitələrində dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər müəyyənləşib.

Mia.az xəbər verir ki, Baş Nazir Novruz Məmmədovun "Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı”nın təsdiq edilməsi haqqında  imzaladığı qərara əsasən, sürücülər idarə etdikləri nəqliyyat vasitələrində (minik və yük avtomobillərində, avtobusda, təkərli traktorda, yanqoşqulu motosikletdə, habelə tramvay və trolleybusda) xüsusi dərman qutularının olmasını, onların komplektləşdirilməsini təmin etməlidirlər.

Eyni zamanda, nəqliyyat vasitəsində olan dərman qutusunda bu Sənədin 1 nömrəli əlavəsində göstərilən tibbi ləvazimatlar və dərman vasitələri, habelə qeyri-tibb işçiləri tərəfindən ilk tibbi yardımın göstərilməsinə dair şəkilli (illüstrasiyalı) təlimat kitabçası olmalıdır.

Həmçinin nəqliyyat vasitələri (minik və yük avtomobilləri, avtobus, təkərli traktor, habelə tramvay və trolleybus) növündən asılı olaraq, bu Sənədin 2 nömrəli əlavəsində göstərilən odsöndürənlərlə təmin olunmalıdır.

Qərarda dərman və odsöndürəndən istifadə qaydaları, habelə xəsarət zamanı göstəriləcək ilkin tibbi yardımla bağlı zəruri məsələlələr müəyyənləşdirilib.

"Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı”na əsasən dərman qutusunun tərkibi aşağıdakı kimidir: 

Sıra №-siTibbi ləvazimatların və dərman vasitələrinin adıÖlçü vahidiMiqdarı
1. Travma (çıxıqlar, sınıqlar, əzilmələr), şok, yaralanmalar zamanı istifadə olunan ağrıkəsici, şoka qarşı və iltihab əleyhinə vasitələr
1.1.Analgin 0.5 (yaxud əvəzedici)qutu1
1.2.Portativ hipotermik (soyuducu) paketkonteynerədəd1
1.3.Natrium sulfasil məhlulutübik1
1.4.Aspirin 325 mq doza və ya Aspirin 100 mq dozaqutu1
2. Qanaxmanın dayandırılması, yaranın təmizlənməsi və sarğı üçün vasitələr
2.1.Özünə və qarşılıqlı yardım məqsədilə arterial qanaxmanı saxlamaq üçün tənzimlənən (təzyiqli) jqutədəd1
2.2.Steril bint 10x5 smədəd1
2.3.Qeyri-steril bint 10x5 smədəd1
2.4.Qeyri-steril bint 5x5 smədəd1
2.5.Çirkli yaraları sarımaq üçün dioksidli və ya gümüş nitratlı 8x10 sm ölçüdə MAQ atravmatik sarğısıədəd1
2.6.Steril tibbi sarğı paketiədəd1
2.7.Bakterisid leykoplastr 2,5x7,0 sm, yaxud 2x5 smədəd8
2.8.Kapilyar və venoz qanaxmaları saxlamaq üçün 6x10 sm, 10x18 sm ölçüdə furaqinli "Koleteks QEM” steril salfetləri, yaxud statin (tox halında) 1,0 qədəd dəst3 3
2.9.Steril tibbi salfet (tənzif materialından) 18x14 smədəd1
2.10.Spirtdə 5 faizli yodun, yaxud 1%-li brilyant abısının məhluluflakon1
2.11.1x500 sm və ya 2x500 sm, yaxud 1x250 sm ölçüdə leykoplastrədəd1
2.12.Qeyri-steril boruşəkilli tibbi elastik bintədəd1
2.13.Pambıq 50 qbağlama1
3. Ürək ağrılarına qarşı vasitələr
3.1.Nitroqliserin həbləri, yaxud kapsulası (trinitrolonq)qutu1
4. Bayılmaya qarşı vasitə
4.1.Ammiak məhlulu (naşatır spirti)flakon1
5. Qida və sair zəhərlənmələrdə dezintoksikasiya üçün vasitələr
5.1.Aktivləşdirilmiş kömürqutu1
6. Qayçı (kütuclu)ədəd1
7. Birdəfəlik istifadə üçün qeyri-steril tibbi əlcəkcüt1
8. İlk tibbi yardımın göstərilməsinə dair şəkilli (illüstrasiyalı) təlimat kitabçasıədəd1

"Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı”na əsasən nəqliyyat vasitələrinin odsöndürənlərlə təminat normaları aşağıdaki kimidir:

Sıra №-siNəqliyyat vasitələrinin növləriOdsöndürənlərin növləri, minimum sayı (ədəd) və minimum həcmi (litr)
1.Minik avtomobilləri1x2 (tozlu və ya köpüklü)
2.

Yük avtomobilləri, icazə verilən maksimum kütləsi: -3,5 tonadək olan;-3,5 tondan 12 tonadək olan;

-12 tondan çox olan

1x2 (tozlu, köpüklü və ya karbon qazlı)

2x2 və ya 1x5 (tozlu, köpüklü və ya karbon qazlı)

2x5 və ya 1x10 (tozlu, köpüklü və ya karbon qazlı)

3.

Avtobuslar: -oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq, lakin 16-dan çox olmayan;-oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 16-dan artıq, lakin

31-dən çox olmayan:

sürücü olan hissədə;

salonda;

-oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 31-dən artıq olan:

1x4 (tozlu və ya köpüklü)1x4 (tozlu və ya köpüklü)

1x4 (tozlu və ya köpüklü)

1x4 (tozlu və ya köpüklü)

 sürücü olan hissədə; salonda (iki salonolduqda, hər salonda)1x4 (tozlu və ya köpüklü)
4.Təhlükəli yükləri daşıyan nəqliyyat vasitələri (kabinədə və yük yerində olmaqla)2x5 (tozlu və ya karbon qazlı)
5.Səyyar laboratoriyalar2x5 və ya 1x10 (tozlu, köpüklü və ya karbon qazlı)
6.Təkərli traktor və digər xüsusi texnikalar: benzin yanacaqlı;dizel yanacaqlı1x5 (tozlu, köpüklü və ya karbon qazlı)2x5 və ya 1x10 (tozlu, köpüklü və ya karbon qazlı)
 

Digər xəbərlər
SON XƏBƏRLƏR