"Onlar Rəsulzadəni deyil, Cəlal Əliyevi öndər seçirlər" - Mirşahin partiyaların toplantısında

11-09-2019 [16:35]
"Məncə, hər şey aydındır. Mən xaricdə Azərbaycana qarşı aparılan kampaniyanı terror elan etmişəm”.

Bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev bu gün keçirilən iqtidar-müxalifət görüşündə deyib. 

O, bildirib ki, mühacirlərdən danışmaq niyyəti yoxdur: 
 
"Söhbət sosial mühacirlərdən gedir. Mühacirlərin götürəcəyi nümunə Rəsulzadədir. Amma onlar öndər olaraq akademik Cəlal Əliyevi seçirlər.

Fikrimcə, dövlət müstəqilliyi ilə vətəndaş müstəqilliyi arasında seçim var. Mən dövlət müstəqilliyini seçirəm. Dövlət müstəqilliyi olmasa, vətəndaş müstəqilliyi də olmaz.

Mən jurnalistləri, nüfuzlu insanları ortaya fərdi mövqe qoymağa çağırıram. Azərbaycan müstəqilliyinə xarici təsirlərə hər bir kəs cavab verməli, dövlətin yanında olmalıdır”.

Yenisabah


SON XƏBƏRLƏR