11-09-2019 [11:21]
Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşlarının və vəzifə maaşlarına edilən əlavələrin məbləğləri müəyyənləşdirilib.
Mia.az xəbər verir ki, bununla bağlı "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 270 nömrəli Qərarında dəyişiklik edilib.
Qərara əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış müəllimlərin aylıq vəzifə maaşı bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşından 25 faiz aşağı, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşı isə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşından 10 faiz aşağı müəyyən edilib.
Eyni zamanda qərarla dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları aşağıdakı kimi olub:
Sıra №-si | Təhsili | Bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı (manatla) | ||||
pedaqoji staj 3 ilə qədər olduqda | pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda | pedaqoji staj 8 ildən 13 ilə qədər olduqda | pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda | pedaqoji staj 18 ildən çox olduqda | ||
1. | Ali təhsilli | 460 | 495 | 520 | 555 | 595 |
2. | Orta ixtisas təhsilli | 420 | 445 | 460 | 490 | 510 |
Həmçinin qərara əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşları aşağıdakı kimi müəyyənləşdirilib:
Sıra №-si | Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər | Aylıq vəzifə maaşı (manatla) |
1. | Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı ən azı 5 ilə qədər | 310 |
2. | Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 5 ilə qədər | 320 |
3. | Orta ixtisas təhsilli, pedaqoji stajı 5 ildən 10 ilədək; orta hərbi təhsilli və ya ali təhsilli, pedaqoji stajı hər iki halda 5 ilə qədər | 330 |
4. | Ali təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 10 ildən çox; orta hərbi təhsilli, pedaqoji stajı 5 ildən çox; ali hərbi təhsilli, pedaqoji staja tələb qoyulmadan | 350 |
Qeyd edək ki, bu Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR